SON XƏBƏRLƏR

Kəleybərdə milli fəallar dindirilib

2025.07.05, 10:29
Kəleybərdə milli fəallar dindirilib

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərində milli fəallar Babək Möhsünzadə və Behzad Dəşti bir neçə saatlığına həbs edilib.

Gunaz.tv

Bu haqda onların yaxınları məlumat verib.

Məlumata görə, iyunun 4-də polis və təhlükəsizlik idarəsinin əməkdaşları Babək qalasına gedən fəalları saxlayıb, onların avtomobilində axtarış aparıb və onlara məxsus şəxsi əşyaları, sənədləri müsadirə edib.

Kəleybər şəhərinin polis idarəsinə aparılan fəallar, oradan təhlükəsizlik idarəsinə köçürülüb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıblar.

Məmurların Babək Möhsünzadə və Behzad Dəştidən bundan sonra Babək qalasına getməyəcəkləri barədə yazılı iltizam almaq üçün onlara təzyiq göstərdikləri bildirilib.

Qeyd edək ki, adı çəkilən fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar