SON XƏBƏRLƏR

BMT nümayəndəsi İranda repressiyalara görə xəbərdarlıq etdi

2025.07.05, 12:09
BMT nümayəndəsi İranda repressiyalara görə xəbərdarlıq etdi

BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato İsraillə münaqişədən sonra İranda yeni repressiya dalğası barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda onun yaydığı bəyanatda deyilib.

"İranda edamların, kütləvi həbslərin və azlıqlara qarşı repressiyaların həyəcan verici artması insan haqlarının vəziyyəti ilə bağlı təhlükə siqnalıdır",- Sato bildirib.

O, İranda insan haqları pozuntularının artması tendensiyası ilə bağlı xəbərdarlıq edib və bunu qanunun aliliyinə və insan ləyaqətinə ciddi təhdid kimi qiymətləndirib.

Satonun sözlərinə görə, 2025-ci il iyunun 13-dən İran və İsrail arasında hərbi münaqişənin başlanmasından sonraİranda ən azı altı vətəndaş "İsrailin xeyrinə casusluq" ittihamı ilə edam edilib. 

"Bu şəxslər ədalətli mühakimə standartlarına riayət edilmədən və qısa məhkəmə araşdırmalarından sonra edam ediliblər. Onlardan üçün etnik azlığın nümayəndəsi idi; Bu isə İranın təhlükəsizlik siyasətlərində etnik azlıqların hədəf alınması ilə bağlı narahatlıqları gücləndirən məsələdir",- BMT-nin nümayəndəsi bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar