SON XƏBƏRLƏR

İranda polis etirazçılara atəş açdı - Yaralananlar var

2025.07.05, 14:00
İranda polis etirazçılara atəş açdı - Yaralananlar var

İranın Hörmuzqan əyalətinin Radan şəhərində polis qüvvələri etirazçılara atəş açıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yyaıb.

Məlumata görə, hadisə iyulun 4-də baş verib.

"Polis qüvvələri pərakəndə yanacaq satışı ilə məşğul olan şəxsləri həbs etmək istəyib. Bunu görən yerli əhali onlara etiraz edib, həbsin qarşısını alıblar. Qısa müddət sonra daha çox qüvvə ilə hadisə yerinə gələn hökumət məmurları vətəndaşlara atəş açaraq 3 nəfəri yaralayıb",- məlumatda bildirilib.

Hadisə şahidləri yaralı şəxslərin qandallanaraq naməlum yerə aparıldığını deyiblər.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatına görə, 2024-cü ildə İranda hökumət məmurlarının atəşi nəticəsində 163 mülki şəxs həlak olub, 321 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar