SON XƏBƏRLƏR

Rusiya Pezeşkianın Azərbaycana səfərindən narazıdır - Media

2025.07.05, 15:03
Rusiya Pezeşkianın Azərbaycana səfərindən narazıdır - Media

Rusiya hakimiyyəti İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərindən narazıdır.

Gunaz.tv

Bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

"Moskva, Pezeşkianın Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə eyni vaxtda səfərindən narazılığını bildirib",- məlumatda deyilir.

Kanal 12,  Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbələrə istinadən yazıb ki, səfər İranın strateji tərəfdaş kimi etibarlılığına dair ciddi suallar doğurub.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) 17-ci zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Xankəndi şəhərinə səfər edib.

O, Tehrana qayıtdıqdan sonra səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüçünü yüksək qiymətləndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar