SON XƏBƏRLƏR

İranlı yazıçılar əfqanistanlı qaçqınların qovulmasına etiraz etdi

2025.07.07, 11:16
İranlı yazıçılar əfqanistanlı qaçqınların qovulmasına etiraz etdi

Xüsusən İrsn-İsrail münaqişəsindən sonra əfqanistanlı qaçqınların deportasiyasının artması, əfqanistanlılara qarşı hərəkətlər faşizm və ifrat millətçiliyin təzahürüdür.

Gunaz.tv

Bu, İran Yazıçılar Birliyinin yaydığı bəyanatda yazılıb.

"İran Yazıçılar Birliyi hamının təhlükəsiz yaşamaq və insan həyatı hüququnu qeyd-şərtsiz dəstəkləyir, irqçi və şovinist davranışları pisləyir. İran hökumətinin əfqanistanlı qaçqınlara qarşıhərəkəti mütərəqqi insanların ləyaqətinin təhqiri, zülm və qeyri-insani davranışın nümunəsidir",- bəyanatda bildirilib.

Qeyd edək ki, İsran-İsrail münaqişəsindən sonra İranda yaşayan 300 mindən çox əfqanistanlı qaçqın bu ölkədən  qovulub və deportasiya prossesi hələdə davam edir.

Cari ildə İrandan qovulan əfqanistanlı qaçqınların sayı isə 800 minə çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar