SON XƏBƏRLƏR

İranın iki əyalətində hava çirkliliyi ilə bağlı xəbərdarlıq edildi

2025.07.07, 13:29
İranın iki əyalətində hava çirkliliyi ilə bağlı xəbərdarlıq edildi

İranın Əlbürz əyalətində hava çirkliliyi təhlükəli səviyyəyə çatıb və bütün yaş qrupları, hətta çox salam insanların həyatına da təhlükə törədir.

Gunaz.tv

Bu haqda əyalətin Havaya Nəzarət və Yoxlama Təşkilatı xəbərdarlıq məlumatı yayıb.

Bildirlib ki, əyalətin əksər bölgələrində hava çirkliliyi 500 mikroqram/kubmetr civarındadır.

Bununla yanaşı Tehranda da havanın çirkliliyi 311 mikroqram/kubmetrə çatıb.

Səhiyyə nazirliyi hər iki bölgədə vətəndaşlara mümkün qədər qapalı yerlərdə qalmağı tövsiyə edib.

Qeyd olunub ki, açıq havada qalmaq tənəffüs problemlərinə səbəb ola, əvvəllər mövcud olan xəstəlikləri şiddətləndirə və həyati əhlükə yarada bilər.

Qeyd edək ki, İran Səhiyyə 2024-cü ildə İranda hava çirkliliyi səbəbindən 50 min nəfər həyatını itirib.

İran parlamentinin Kənd Təsərrüfatı Komisiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfiyi, ölüm sayının artmasını ölkədə təmiz hava qanununun natamam icra olunduğu ilə bağlı olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar