SON XƏBƏRLƏR

SEPAH-a bağlı media siyasi məhbusların edam ediməsinə çağırdı

2025.07.08, 14:00
SEPAH-a bağlı media siyasi məhbusların edam ediməsinə çağırdı

SEPAH-a bağlı "Fars" xəbər agentliyi 12 günlük İran-İsrail müharibəsi zamanı ölkədə İsrailə informasiya və kəşfiyyat dəstəyi verənlərin olduğunu iddia edib və bu ittihama görə saxlanılanların hamısının edam edilməsini istəyib.

Gunaz.tv

Agentlik İran-İraq müharibəsindən sonra 1988-ci ildə siyasi məhbusların kütləvi edamını nümunə göstərib.

“İndiki şəraitdə bəzi muzdlu ünsürlər İsrailin və Qərbin casus şəbəkəsinə və düşmən qüvvələrinə məlumat verdiklərinə görə, 1988-ci ildəki kimi edam olunmağa layiqdirlər”,- agentlik yazıb.

SEPAH mediası ictimai rəyin kütləvi edamların başlamasına hazır olduğunu, vətəndaşların da buna razı olacağını iddia edib.

Qeyd edək ki, 1988-ci ildə İran-İraq müharibəsinin bitməsindən dərhal sonra İran həbsxanalarında saxlanılan 5 mindən çox siyasi məhbus bir neçə gün içində edam edilib.

İsrail-İran qarşıdurmasının bitməsindən sonra isə ölkədə üzlərlə insan "İsrailə casusluq" ittihamı lə həbs edilib.

İnsan haqları təşkilatları 1988-ci ildəki faciənin təkrar olunacağı və Tehranın fürsətdən istifadə edərək narazı fəalları edam edəcəyi barədə xəbərdarlıq ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar