SON XƏBƏRLƏR

Fransalı gənc həbs edilib - Araqçı təsdiq etdi

2025.07.11, 11:16
Fransalı gənc həbs edilib - Araqçı təsdiq etdi

İranın xarici işlər naziri Abbas Arakçı Fransa-Almaniya ikili vətəndaşlığı olan 18 yaşlı velosipedçi Leonar Monterlozin İranda həbs edildiyini təsdiq edib.

Gunaz.tv

O, bu haqda Fransa mediasına müsahibəsində bildirib.

İranlı nazir adı çəkilən şəxsin cinayət törətdiyinə görə saxlanıldığını deyib.

Xatırladaq ki, velosipedçi Leonar Monterloz iyunun 16-da İranda itkin düşsə də, İran rəsmiləri onun barəsəində məlumat verməkdən imtina edirdilər.

Qeyd edək ki, bununlada hazırda 4 fransalı İran həbsxanalarında saxlanlır, onlardan ikisi "İsrailə casusluq"da günahlandırılıb.

Rəsmi Paris İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfndən girov götürüldüyünü bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar