SON XƏBƏRLƏR

Bu qonşuluq prinsipinə ziddir- Taliban İrana xəbərdarlıq etdi

2025.07.11, 14:39
Bu qonşuluq prinsipinə ziddir- Taliban İrana xəbərdarlıq etdi

Taliban hökumətinin baş nazirinin müavini Moləvi Əbdülsəlam Hənəfi əfqanistanlı qaçqınların kütləvi şəkildə deportasiyasına görə İrana xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda Əfqanistan teıevizyası məlumat yayıb.

"Əfqanistanlı qaçqınlara qarşı köbud və ədalətsiz davranış iki ölkənin xalqları arasında nifrətin yaranmasına səbəb olur. Qaçqınların deportasiyası tədrici şəkildə edilməli, ləyaqət və qonşuluq prinsiplərinə əməl edilməli və əfqan qaçqınlarına qarşı alçaldıcı rəftardan çəkinmək lazımdır",- o bildirib.

Qeyd edək ki, 12 günlük İsran-İsrail qarşıdurmasından sonra İranda yaşayan 300 mindən çox əfqanistanlı qaçqın bu ölkədən  qovulub və deportasiya prossesi hələdə davam edir.

Cari ildə İrandan qovulan əfqanistanlı qaçqınların sayı isə 800 minə çatıb.

Bu, beynəlxalq insan haqları təşkilatlarının etirazlarına səbəb olub, onlar Tehan hökumətinin bu hərəkətini faşizmin təzahürü adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar