SON XƏBƏRLƏR

Ankara 2026-cı ildə Türk Dünyası Turizm Paytaxtı olacaq

2025.07.12, 12:03
Ankara 2026-cı ildə Türk Dünyası Turizm Paytaxtı olacaq

Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Toplantısı keçirilib.

Gunaz.tv

Toplantıda Ankara şəhəri “2026-cı ildə Türk Dünyası Turizm Paytaxtı” olmağa namizəd kimi təqdim edilib. Türkiyənin mədəniyyət və turizm naziri şəhərin tarixi və mədəni imkanlarına toxunaraq bu təkliflə çıxış edib və onun təklifi qəbul olunub.

Türkiyənin turzim imkanlarına toxunan Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy 2025-ci ilin ilk beş ayında Türkiyəyə Azərbaycandan 317 min, Qazaxıstandan 203 min, Qırğızıstandan 79 min, Özbəkistandan 215 min, Macarıstandan 58 min, Şimali Kipr Türk Respublikasından 106 min, Türkmənistandan isə 70 min ziyarətçi gəldiyini bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının 2025-ci ilin may ayında dərc etdiyi hesabata görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turisti cəlb edərək dünyanın ən çox ziyarət edilən dördüncü ölkəsi olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar