SON XƏBƏRLƏR

Almaniya və Fransa İrana görə xəbərdarlıq etdi

2025.07.12, 12:23
Almaniya və Fransa İrana görə xəbərdarlıq etdi

İranın xarici işlər naziri Abbas Arakçı Fransa-Almaniya ikili vətəndaşlığı olan 18 yaşlı velosipedçi Leonar Monterlozin İranda həbs edildiyini təsdiq etdikdən sonra Almaniya və Fransa Xarici İşlər Nazirlikləri bəyanat yayıblar.

Gunaz.tv

Fransa və Almaniya hökumətləri öz vətəndaşlarının siyasi məqsədlərlə İran hökuməti tərəfindən saxlanmasından narahat olduqlarını bildiriblər.

Fransanın baş naziri Fransua Bayrou İran hakimiyyətini günahsız insanları incitməməyə çağırıb, eyni zamanda, məsələnin mürəkkəbləşməsinə yol verməmək üçün hələlik bu məsələ ilə bağlı müzakirələrin davam etməyəcəyini vurğulayıb.

O, Fransa hökumətinin İrana səyahətin təhlükəli olduğu barədə xəbərdarlığını təkrarlayıb.

Almaniya Xarici İşlər Nazirliyi də İranda özbaşına həbslər riski ilə bağlı xəbərdarlıq edib və Almaniya vətəndaşlarını oraya getməkdən çəkinməyə, İranda olan almaniyalıları ölkəni tərk etməyə çağırıb.

Xatırladaq ki, Almaniya-Fransa vətəndaşı olan 18 yaşlı velosipedçi Leonar Monterloz iyunun 16-da İranda itkin düşüb, iyulun 10-da isə İran XİN başçısı Abas Araqçı onun İranda "cinayət törətdiyinə görə" həbs edildiyini təsdiqləyib.

Qeyd edək ki, bununlada hazırda İran həbsxanalarında saxlanlan fransalıların sayı 4-ə çatıb, onlardan ikisi "İsrailə casusluq"da günahlandırılıb.

Rəsmi Paris İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfndən girov götürüldüyünü bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar