SON XƏBƏRLƏR

Valideynlərin mübarizəsi nəticəsində "Alaz"a sənəd verildi

2025.07.12, 15:19
Valideynlərin mübarizəsi nəticəsində "Alaz"a sənəd verildi

Şərqi Azərbaycan Qeydiyyat İdarəsi təbrizli uşaq "Alaz"a doğum haqqında şəhadətnamə verməyə məcbur olub.

Gunaz.tv

Bu haqda Alazın atası Fərhad Nəcəfi sosial media hesabında paylaşım edib.

"2024-cü ilin iyun ayında dünyaya gələn övladıma Alaz adına sənəd verilmədi. Buna səbəb kimi adın İran adları siyahısında olmadığını göstərdilər. Bundan sonra məhkəməyə müraciət etdim və uzun prosesdən sonra oğluma alov və diri od mənası verən Alaz adına sənəd almağa nail oldum",- o yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar