SON XƏBƏRLƏR

Çexiyanın Baş naziri Slovakiya hökumətini Rusiyaya qarşı sanksiyaları bloklamamağa çağırıb

2025.07.14, 10:01
Çexiyanın Baş naziri Slovakiya hökumətini Rusiyaya qarşı sanksiyaları bloklamamağa çağırıb

Çexiyanın Baş naziri Petr Fiala Slovakiyalı həmkarı Robert Fitsoya məktub ünvanlayaraq, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinin qəbulunun qarşısını almamağa çağırıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Radio Prague International” məlumat yayıb.

Məktubda Fiala Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı Aİ daxilində vahid yanaşmanın vacibliyini vurğulayıb və Çexiya ilə Slovakiyanın keçmişdə Moskvanın işğalı ilə bağlı ortaq tarixi təcrübəyə sahib olduğunu xatırladıb.

Çexiya hökumət başçısı həmçinin xəbərdarlıq edib ki, sanksiyaların bloklanması Slovakiyanı Avropa İttifaqında təcrid vəziyyətinə sala bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar