SON XƏBƏRLƏR

Qumda güclü partlayış olub - Qaz sızması yoxsa PUA hücumu?

2025.07.14, 12:03
Qumda güclü partlayış olub - Qaz sızması yoxsa PUA hücumu?

İranın Qum şəhərindəki Pərdisan yaşayış kompleksində partlayış güclü olub.

Gunaz.tv

Bu haqda İran mediası nəlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində binanın birinci mərtəbəsi ciddi şəkildə zədələnib. Paylaşılan görüntülər partlayışın miqyasını və binada yaranan dağıntını açıq şəkildə göstərir. 

Qum Fövqəladə Hallar İdarəsi partlayış nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib.

Partlayışın səbəbi hələlik açıqlanmayıb. Hazırda təhlükəsizlik qüvvələri və fövqəladə hallar əməkdaşları partlayış baş verən ərazini mühasirə ediblər.

Qeyd edək ki, 3 gün əvvəl də Tehranın Çitqər bölgəsində oxşar partlayış baş verib.

Rəsmi məlumatda partlayışın "qaz sızması" nəticəsində meydana gəldiyi iddia olunsa da, yerli şahidlər həmin binanın məhkəmə işçilərinin əməkdaşlarına məxsus olduğunu və orada qaz xətti olmadığını bildiriblər.

Şahidlərin sözlərinə görə, partlayışa səbəb kiçik ölçülü pilotsuz üçan aparat zərbəsi olub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar