SON XƏBƏRLƏR

İranda Səlcuq dövrünə aid tarixi məkan dağıdılıb

2025.07.14, 12:13
İranda Səlcuq dövrünə aid tarixi məkan dağıdılıb

İsfahan bələdiyyəsi ağır texnika ilə Səlcuqlu dövrünə aid "Kəmər zərrin" tarixi məkanını dağıdıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

“İsfahan bələdiyyəsi gecə vaxtı ağır texnika və buldzerlərlə tarixi abidəyə hücum etdi”, - məlumatda deyilir.

Bir müddət əvvəl arxeoloq və ekspertlər həmin məkanın əhəmiyyətini vurğulamış və bu ərazidə torpaq altında qalan memarlıq və başqa tarixi əsər nümunələrinin üzə çıxarılması üçün Mədəni İrs Təşkilatının icazə verməsini tələb etmişdilər.

Azərbaycanlı mədəni fəallar bunun bilərəkdən edildiyini və İsfahanda türk dövlətlərinə aid tarixi izlərin silinməsi məqsədilə həyata keçirildiyini bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar