SON XƏBƏRLƏR

Əfqanistanda İrana qarşı kampaniya başlyıb

2025.07.16, 12:29
Əfqanistanda İrana qarşı kampaniya başlyıb

Əfqanistanlı qaçqınların İrandan qovulmasının sürətləndirilməsiilə eyni vaxtda Əfqanistanda sosial media istifadəçiləri İrana qarşı kampaniya başladıblar.

Gunaz.tv

Kampaniya "İran mallarının boykot edilməsi milli tələbdir" həştəgi altında aparılır.

"Əfqanlar İran məhsullarını almamaqla əfqan qaçqınlarını təhqir edən, onlara işgəncə verən, ayrı-seçkilik edən hökuməti dəstəkləməməlidir",- kampaniya təşkilatçıları bildirib.

Onlar əfqanistanlı tacirlərə də müraciət edərək, İran məhsullarının idxalından imtina etmələrni istəyiblər.

Xatırladaq ki, cari ilin ilk 3 ayı ərzində İranın Əfqanistana ixrac etdiyi qeyri-neft məhsulları 520 milyon dollar dəyərində olub və Əfqanistan İranın 5-ci ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanistanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar