SON XƏBƏRLƏR

Əfqanıstanlı qaçqınlar İrandan getməlidir - Nazir

2025.07.18, 15:49
Əfqanıstanlı qaçqınlar İrandan getməlidir - Nazir

Biz irqçı deyilik, sadəcə ölkədə olan əfqanıstanlı qaçqınlar İranı tərk etməlidirlər.

Gunaz.tv

Bunu İranın daxili işlər naziri İsgəndər Mömeni deyib.

"Son bir neçə ay ərzində 800 min əfqanıstanlı ölkədən gedib və qalan 2 milyon qanunsuz miqrantda ölkəni tərk etməlidir",- o əlavə edib.

İranda 6 milyon əfqanıstanlı qaçqının olduğunu iddia edən nazir, qanuni icazəsi olmayanların İrandan çıxarıldıqlarını bildirib.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanıstanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar