SON XƏBƏRLƏR

BMT nümayəndəsi İranın əfqanıstanlı qaçqınlara qarşı hərəkətlərini pislədi

2025.07.19, 11:19
BMT nümayəndəsi İranın əfqanıstanlı qaçqınlara qarşı hərəkətlərini pislədi

BMT-nin xüsusi məruzəçisi May Sato, İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı hərəkətlərini pisləyib və onların deportasiyasının dayandırılmasını tələb edib.

Gunaz.tv

O, Tehran hökumətinin qaçqınlara qarşı amansız və qəddar davrandığını deyib, buna görə dərin narahatlığını bildirib.

"Sərhəd keçid məntəqələrində və qaçqın düşərgələrində əsassız həbslər, şəxsiyyəti təsdiq edən sənədlərin məhv edilməsi və pis rəftarlar barədə məlumatlar almışam. Geniş yayılmış təhlükəsizlik iddiaları anti-əfqan əhval-ruhiyyəsini artırıb, hətta yaşayış, oturum sənədləri olan bəzi insanlar deportasiya edilib".,- Sato əlavə edib.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanıstanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası daha da sürətlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar