SON XƏBƏRLƏR

Taliban qaçqınlara görə İrana etiraz etdi

2025.07.21, 11:06
Taliban qaçqınlara görə İrana etiraz etdi

Əfqanıstan İrandan deportasiya olunan böyük qaçqın dalğasının qəbuluna hazır deyil, bu, Əfqanıstana təzyiqdır.

Gunaz.tv

Bunu Taliban hökumətinin XİN baçısı Əmirxan Müttəqi deyib.

“Taliban hökuməti dəfələrlə İran rəsmilərinə bildirib ki, qaçqınların geri qaytarılması prosesi tədricən və onların şərəf və ləyaqətini qorumaqla aparılmalıdır”, - nazir əlavə edib.

Bir neçə gün əvvəl isə Taliban hökumətinin baş nazirinin müavini Moləvi Əbdülsəlam Hənəfi də əfqanistanlı qaçqınların kütləvi şəkildə deportasiyasına görə İrana xəbərdarlıq edib.

"Əfqanistanlı qaçqınlara qarşı köbud və ədalətsiz davranış iki ölkənin xalqları arasında nifrətin yaranmasına səbəb olur. Qaçqınların deportasiyası tədrici şəkildə edilməli, ləyaqət və qonşuluq prinsiplərinə əməl edilməli və əfqan qaçqınlarına qarşı alçaldıcı rəftardan çəkinmək lazımdır",- o bildirib.

Qeyd edək ki, 12 günlük İsran-İsrail qarşıdurmasından sonra İranda yaşayan yüz minlərlə əfqanistanlı qaçqın bu ölkədən  qovulub və deportasiya prossesi hələdə davam edir.

Rəsmi məlumata görə, cari ildə İrandan qovulan əfqanistanlı qaçqınların sayı 800 min, qeyri-rəsmi məlumatlara görə isə 1 milyon 200 min nəfərə çatıb.

Bu, beynəlxalq insan haqları təşkilatlarının etirazlarına səbəb olub, onlar Tehan hökumətinin bu hərəkətini faşizmin təzahürü adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar