SON XƏBƏRLƏR

Yayın sonuna kimi Urmu gölü tamamilə quruyacaq - Cabbari

2025.07.22, 15:43
Yayın sonuna kimi Urmu gölü tamamilə quruyacaq - Cabbari

Urmu gölünün şimal hissəsində 100 kvadrat kilometr ərazidə 4-5 santimetr dərinliyində su qalıb və bu gölün tamamilə quruması deməkdir.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbari deyib.

"Bu Urmu gölünün tarixində ilk dəfədir ki, su miqdarı bu qədər azalır, yaxın 5-6 gündə gölün şimal hissəsinin tamamilə quruması gözlənilir. Hazırda şimalda yalnız çox nazik və pərakəndə şəkildə qalan az miqdarda su ekoloji nöqteyi-nəzərdən heç nəyi həll etmir",- o bildirib.

Höccət Cabbarı gölün cənub hissəsində də mövcud olan su miqdarının əhəmiyyətsiz dərəcədə az olduğuna diqqət çəkib:

"Cənub hissədə 600-700 kvadrat kilometr sahədə 15-20 santimetr dərinliyində su mövcuddur və bu tendensiyanın davam edəcəyi təqdirdə yayın sonuna kimi bu sularda quruyacaq və bununlada Urmu gölü tamamilə yox olacaq".

Qeyd edək kİ, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar