SON XƏBƏRLƏR

Yüzlərlə hüquq müdafiəçisi İrana görə BMT-ə məktub yazdı

2025.07.24, 12:49
Yüzlərlə hüquq müdafiəçisi İrana görə BMT-ə məktub yazdı

İranda 1988-ci ildə siyasi məhbusların kütləvi edamından sonra indi yenidən oxşar vəziyyət yaranıb, faciənin təkrarlanmasının və kütləvi qətliamın qarşısının alınması üçün BMT təcili tədbirlər görməlidir.

Gunaz.tv

Bu haqda Nobel Mükafatı laureantlarının da daxil olduğu dünyanın 60 ölkəsindən olan 301 insan haqları müdafiəçisinin BMT-ə yazdığı məktubda xəbərdarlıq edilib. 

Məktubu imzalayanlar BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, eləcə də BMT-yə üzv dövlətləri İran hökumətinin bu əməlini birmənalı şəkildə pisləməyə çağırıblar.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda 2000-dən çox şəxs saxlanılıb, onlardan bir qismi "İsrailə casusluq"da günahlandırılaraq barələrində ölüm hökmünün çıxarılması istənilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar