SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatının fəalları Yılmaz Mehrəlibəyliyə dəstəklərini ifadə ediblər

2025.07.26, 10:47
Azərbaycan Milli Hərəkatının fəalları Yılmaz Mehrəlibəyliyə dəstəklərini ifadə ediblər

Yılmaz Mehrəlibəylinin təhlükəsizlik qüvvələri tərəfindən həbsindən sonra bir qrup azərbaycanlı fəal hüquq müdafiə təşkilatlarına mesajlar göndərərək, onu dəstəklədiklərini və Azərbaycan xalqının hüquqları uğrunda mübarizənin davam etdiriləcəyini vurğulayıblar.

Gunaz.tv

Fəallar qeyd ediblər ki, Yılmaz Mehrəlibəyli  illərdir kimliyi, dili, insan haqları uğrunda mübarizə aparan bir millətin iradəsinin simvoludur. Onların fikrincə, İslam Respublikası repressiya və hədə-qorxu ilə Azərbaycan xalqının haqq səsini susdura bilməyəcək və bu səs hər gün daha da ucadan eşidiləcək.

Dəstək mesajlarında deyilir: "Yılmaz və azadlıq döyüşçülərini susmağa məcbur etmək mümkün olmayacaq. Bu təzyiqlər bizi yolumuza davam etməkdə daha da əzmkar və inadkar edəcək".

Fəallar həmçinin beynəlxalq qurumları və insan haqları təşkilatlarını bu repressiyalar qarşısında səssiz qalmamağa, İslam Respublikasını Yılmaz Mehrəlibəyli və digər türk siyasi məhbuslarını qeyd-şərtsiz azad etməyə məcbur etmək üçün siyasi və media təzyiqindən istifadə etməyə çağırıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar