SON XƏBƏRLƏR

Avstraliya və britaniyalı nazirlər İranla bağlı bəyanat yayıb

2025.07.26, 13:36
Avstraliya və britaniyalı nazirlər İranla bağlı bəyanat yayıb

Avstraliya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirləri İsraillə 12 günlük müharibədən sonra İranda edam hökmünün siyasi alət kimi tətbiqinin artması, həmçinin qadınlara, qızlara və insan haqları müdafiəçilərinə qarşı repressiyaların davam etməsindən narahatlığını bildiriblər.

Gunaz.tv

Bu haqda nazirlərin birgə bəyanatında deyilib.

Bununla yanaşı nazirlər Sidneydə görüşdükdən sonra yaydıqları birgə bəyanatda, İran və İsraili atəşkəs rejiminə əməl etməyə çağırıblar:

"İran ABŞ-la danışıqları bərpa etməli və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam şəkildə əlaqə saxlamalıdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar