SON XƏBƏRLƏR

Fransa İrana yenidən xəbərdarlıq etdi - Tətik mexanizmi...

2025.07.28, 10:06
Fransa İrana yenidən xəbərdarlıq etdi - Tətik mexanizmi...

Avqustun sonuna qədər İslam Respublikası ilə hərtərəfli və yoxlanıla bilən razılaşma əldə olunmazsa İrana qarşı tətik mexanizmi işə salınacaq.

Gunaz.tv

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

"Razılaşma əldə olunmadığı təqdirdə Fransa, Almaniya və İngiltərə silah, bankçılıq və nüvə sanksiyaları da daxil olmaqla, on il əvvəl ləğv edilmiş qlobal sanksiyaları yenidən tətbiq edəcəklər",- nazir xəbərdarlıq edib.

O, İranın nüvə silahına malik olmamalı olduğunu vurğulayəb və deyib ki, İran tərəfindən öhdəliklərin pozulmasından sonra Avropa indi nüvə məsələsindən əlavə, İslam Respublikasının raket proqramını və regional sabitliyi pozan fəaliyyətlərini də əhatə edən daha geniş saziş axtarır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar