SON XƏBƏRLƏR

KİV: Amerika Senatının komitəsi Ukraynaya 1 milyard dollarlıq yardımı təsdiqləyib

2025.08.01, 11:18
KİV: Amerika Senatının komitəsi Ukraynaya 1 milyard dollarlıq yardımı təsdiqləyib

Amerika Senatı Ukraynaya təxminən 1 milyard dollar yardım nəzərdə tutan hərbi büdcə layihəsini təsdiqləyib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, komitə 2026-cı maliyyə ili üçün 852 milyard dollar məbləğində müdafiə maliyyəsini təsdiqləyib ki, bu da Tramp administrasiyasının tələb etdiyindən 21,7 milyard dollar (2,6 %) çoxdur. Qərarı 29 senatordan 26-sı dəstəkləyib.

Qanun layihəsinə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) üçün 800 milyon dollar və Baltik Təhlükəsizliyi Təşəbbüsü üçün 225 milyon dollar daxildir - bu vəsaitin əhəmiyyətli hissəsi də Rusiya ilə müharibədə Ukraynaya dəstək üçün yönəldilib.

"Mən deyərdim ki, Ukraynaya dəstək bir milyard dollardır", - müdafiə xərcləri üzrə alt komitəyə sədrlik edən demokrat senator Kris Kuns deyib.

Qeyd olunur ki, büdcə layihəsi qüvvəyə minməsi üçün Senatda tam səsvermədən keçməli, Nümayəndələr Palatasının variantı ilə razılaşdırılmalı və Prezident Tramp tərəfindən imzalanmalıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar