SON XƏBƏRLƏR

“Ekbatən uşaqları” işi: Güneyli genc Milad Armunun edamı dayandırılıb

2026.11.25, 18:35
“Ekbatən uşaqları” işi: Güneyli genc Milad Armunun edamı dayandırılıb

Gunaz.tv

“Ekbatən uşaqları” işi üzrə edam cəzasına məhkum edilmiş Güney Azərbaycanli Ərdəbildən Milad Armunun hökmünün icrası son anda dayandırılıb. 

Onun vəkili Məhəmmədhüseyn Ağasi bildirib ki, edamın dayandırılması barədə qərar çərşənbə günü, 25 noyabr səhər saatlarında, hökmün icrasına bir neçə saat qalmış ona telefonla çatdırılıb.

Bununla yanaşı, digər məhkum Novid Nəccaranın ailəsi ilə telefon danışığında Qızılhisar həbsxanasının ümumi kamerasına qaytarıldığını bildirdiyi xəbər verilib.

Məlumatların yayılmasından sonra hər iki məhbusun ailə üzvləri və yaxınları noyabrın 24-də Qızılhisar həbsxanası qarşısında edamların qarşısını almaq üçün etiraz aksiyası keçiriblər.

İran Məhkəmə Hakimiyyəti isə hər iki məhbusun edam hökmünün qüvvədə qaldığını və ləğv edilmədiyini açıqlayıb. Qurum yalnız edamın icra vaxtı ilə bağlı yayılan məlumatların dəqiq olmadığını bildirib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar