SON XƏBƏRLƏR

İranda ev internetinin qiyməti üç dəfədən çox artırılıb

2026.11.25, 17:32
İranda ev internetinin qiyməti üç dəfədən çox artırılıb

Gunaz.tv

İran Telekommunikasiya Şirkəti Rabitə Tənzimləmə Komissiyasının yeni qərarından sonra ADSL internet paketlərinin qiymətini artırıb.

Yeni paketlər bazar ertəsindən etibarən şirkətin internet saytında yerləşdirilib. Köhnə tariflərlə müqayisə qiymətlərin artdığını, eyni zamanda internet trafikinin həcminin dəyişdiyini göstərir. Bununla belə, yeni paketlərin tam siyahısı hələ açıqlanmayıb.

Məsələn, əvvəllər 4 Mbit/s sürətli və 28 GB həcmli internet paketi 43 min tümənə satılırdı. Hazırda isə eyni sürətlə 21 GB-lıq paket 109 min 300 tümənə, 25 GB-lıq paket isə 150 min tümənə təklif olunur. Bu müqayisə oxşar paketlərdən birinin qiymətinin üç dəfədən çox artdığını göstərir.

Yeni tariflərə əsasən, 4 Mbit/s sürətli və ən azı 20 GB beynəlxalq internet trafiki olan xidmətin aylıq minimum qiyməti 109 min 300 tümən, maksimum qiyməti isə 182 min 100 tümən müəyyən edilib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar