SON XƏBƏRLƏR

KİV: İsrail XİN diplomatlarını BƏƏ-dən təxliyə edib

2025.08.01, 11:23
KİV: İsrail XİN diplomatlarını BƏƏ-dən təxliyə edib

İsrailin Xarici İşlər Nazirliyi (XİN) diplomatların əksəriyyətini və onların ailələrini Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik nümayəndəliklərdən təxliyə etmək qərarına gəlib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Portalın məlumatına görə, XİN bu qərarı yəhudi dövlətinin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iyulun 31-də BƏƏ-də İsrail və yəhudi hədəflərinə qarşı terror aktları törətmək ehtimalı ilə bağlı xəbərdarlığından sonra verib.

Portal qeyd edib ki, tədbir həm İsrailin Əbu-Dabidəki səfirliyinə, həm də ölkənin Dubaydakı Baş Konsulluğuna aiddir.

Çərşənbə günü səhər saatlarında MTŞ israillilər üçün BƏƏ-yə səyahətlə bağlı cari xəbərdarlığa aydınlıq gətirərək, bu ölkədə "İsrail və yəhudi hədəflərinə qarşı terror hücumları ehtimalını" ifadə edib. İsrail Milli Təhlükəsizlik Şurası əvvəllər yəhudi dövlətinin vətəndaşlarına BƏƏ-yə qeyri-vacib səfərlərdən çəkinməyi və ölkəyə “səyahət etməyin məqsədəuyğunluğunu diqqətlə ölçməyi” tövsiyə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar