SON XƏBƏRLƏR

Pentaqon Ukrayna üçün raketlər alacaq

2025.08.01, 11:26
Pentaqon Ukrayna üçün raketlər alacaq

Pentaqon Amerikanın müdafiə şirkəti “Raytheon Technologies” ilə AMRAAM orta mənzilli “hava-hava” raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər müqavilə imzalayıb.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Razılaşma “Raytheon Technologies Corp”.un Arizona ştatının Tuson şəhərindəki bölməsi ilə bağlanıb və mümkün təşviq ödənişləri ilə sabit qiymət nəzərdə tutur. Müqavilə qırıcılar üçün nəzərdə tutulmuş qabaqcıl orta mənzilli raketlərin istehsalını planlaşdırır.

Sənədə əsasən, raketlər təkcə Ukraynaya deyil, həm də bir sıra digər ölkələrə, o cümlədən Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə tədarük ediləcək.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar