SON XƏBƏRLƏR

KİV: İran, Rusiya və Çinin anlaşması Amerika ilə neft alğı-satqısına əngəl törədir

2025.08.04, 11:17
KİV: İran, Rusiya və Çinin anlaşması Amerika ilə neft alğı-satqısına əngəl törədir

İran, Rusiya və Çinin neft alğı-satqısına dair anlaşması Amerika və Çinin ticarət razılaşmasının imzalamasına ciddi əngəl törədir.

Gunaz.tv

Günaz TV "APA"ya istinadən xəbər verir ki, bu barədə yazı "Associated Press" agentliyində dərc edilib.

Bildirilib ki, bu yolda daha bir maneə Çinin enerji təhlükəsizliyinin təmin edilməsində israrlı olmasıdır:

"Çin hər zaman olduğu kimi özünün enerji müstəqilliyini qorumağa meyllidir. Bu qətiyyət ölkənin Xarici İşlər Nazirliyinin son bəyanatında özünü açıq şəkildə göstərir. Çin XİN-in rəsmiləri həmin mövqeni Stokholm danışıqları zamanı da təkrarlayıb”.

Rəsmi Pekinin öz məqsədlərindən geri çəkilməyəcəyini analitiklər də təsdiqləyir:

"Bunun üçün Amerikanın Rusiya və İranla bağlı mövqeyini dəyişməsinə ehtiyac var. Belə bir hal baş vermədikcə rəsmi Pekin Amerikadan əlavə güzəştlər tələb edəcək".

Amerikadakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Skott Kennedi deyir ki, rəsmi Pekin bu məsələdən əlavə rıçaqlar qismində yararlanmaq fürsətini qaçırmayacaq".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar