SON XƏBƏRLƏR

Britaniyanın XİN: Tehranın zənginləşdirilmiş urana ehtiyacı ilə bağlı əsaslandırmaları qəbuledilməzdir

2025.08.04, 11:29
Britaniyanın XİN: Tehranın zənginləşdirilmiş urana ehtiyacı ilə bağlı əsaslandırmaları qəbuledilməzdir

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi İranın tədqiqat fəaliyyəti üçün uranın 60 faiz zənginləşdirilməsi zərurəti ilə bağlı əsaslandırmasını qəbul etmədiyini bildirib. O, həmçinin vurğulayıb ki, hökumətin devrilməsi ilə bağlı istənilən qərar İran xalqından asılıdır.

Gunaz.tv

"Guardian" qəzetinə verdiyi müsahibənin bir hissəsində Lemmi İran məsələsinə toxunub və İran İslam Respublikasının nüvə proqramı ilə bağlı təhdidləri “real” adlandırıb.

Britaniya Xarici İşlər Naziri elan edib ki, İran rəsmiləri ilə təkrar danışıqlarda onlar Tehranın 60 faiz zənginləşdirilmiş urana niyə ehtiyacı olduğuna dair inandırıcı izahat verə bilməyiblər.

İngiltərədəki "Sellafild" və "Eurenko" adlı iki atom elektrik stansiyasında uranın zənginləşdirilməsinin altı faizi ötmədiyini qeyd edən Lemmi , əlavə edib ki, İran hökumət rəsmilərinin uranın 10 qat daha çox zənginləşdirilməsi ilə “tədqiqat” və “akademik” məqsədlər üçün istifadə etdiklərinə dair açıqlamaları qəbuledilməzdir.

"Çoxları Oppenheimer filmini görüb və Amerikanın atom bombası yaratmasının nəticələrini bilir. Deməli, İran nüvə silahına sahib olsa regionda bu cür silahlara can atan digər ölkələr də buna can atacaq. Belə olan halda, biz birdən-birə nüvə silahı ilə dolu dünyanı uşaqlarımıza və nəvələrimizə təhvil verəcəyik; bu dünya bugünkündən daha təhlükəli olacaq."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar