SON XƏBƏRLƏR

Türkiyənin Müdafiə və Aerokosmik Sənayesi İxracatı İyulda 128% Artıb

2025.08.04, 11:57
Türkiyənin Müdafiə və Aerokosmik Sənayesi İxracatı İyulda 128% Artıb

Türkiyə Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün ölkənin milli sosial şəbəkəsi "NeXT"də verdiyi müsahibədə iyul ayında müdafiə və aerokosmik sənaye ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 128,4% artaraq 989,6 milyon dollara çatdığını açıqlayıb.

Gunaz.tv

Müdafiə və aerokosmik sənayenin ixrac statistikasına toxunan Görgün , bu sektorda ixracın artım tendensiyası davam etdiyini vurğulayıb.

O, əlavə edib: "Müdafiə və aerokosmik sənayemiz 2025-ci ilin iyul ayında 2024-cü illə müqayisədə 128,4% artaraq 989,6 milyon dollarlıq ixraca nail olub. Yanvar-iyul dövründə ümumi ixrac 38,6% artaraq 4 milyard 591 milyon dollar olub".

"Qlobal bazarda mövqeyimizi gücləndirməyə davam edirik. Əsas podratçılardan tutmuş kiçik və orta müəssisələrə qədər geniş sənaye quruluşumuz ixrac ekosisteminin onurğa sütunu olmağa davam edir. Bütün zəhmətkeş şirkətlərimizə və dəyərli komandalarımıza təşəkkür edirik." - deyə o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar