SON XƏBƏRLƏR

Beyrut limanındakı partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq

2025.08.04, 12:55
Beyrut limanındakı partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq

2020-ci il avqustun 4-də Lübnanın paytaxtı Beyrut limanında baş verən partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Lübnan prezidenti Cozef Aun deyib.

O bildirib ki, həqiqət tam müstəvidə araşdırılacaq və vəzifəsindən asılı olmayaraq faciəyə görən məsuliyyət daşıyanların hamısı öz layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, Beyrut limanında baş verən partlayış nəticəsində 220-dən çox insan ölmüş, yaralı sayı isə 6500-ü keçmişdi.

Hadisənin üzərində beş il keçsə də, hələlik heç kim mühakimə olunmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar