SON XƏBƏRLƏR

Təbrizdə Qaşqaylarla bağlı mədəni tədbir keçirilir

2025.08.06, 09:30
Təbrizdə Qaşqaylarla bağlı mədəni tədbir keçirilir

Avqustun 3-dən başlayaraq Təbriz Mədəniyyət Evində Həmidrza Rustanın əsərlərindən ibarət Qaşqay türklərinin mədəniyyəti və ayinlərindən bəhs edən “Qalıcı Kimlik” fotosərgisi keçiriləcək.

Gunaz.tv

Bu haqda Təbriz mediası məlumat yayıb.

Məlumata görə, foto sərginin keçirilməsindən məqsəd Qaşqay türklərinin orijinal mədəniyyətini qoruyub saxlamaq və tanıtmaqdır.

Sərgidə Həmidrza Rustanın Qaşqay türklərinin geyimi, ayinləri, rəqsləri və gündəlik həyatının aspektlərini əks etdirən sənədli fotoqrafiya əsərləri yer alır.

Sərginin açılışı avqustun 3-ü yerli vaxtla saat 17:00-da olub və avqustun 7-ə kimi davam edəcək.

Mədəni tədbirlə bağlı Şiraz, İsfahan, Buşehr, Xuzistan, Loristan və başqa əyalətlərdən çox sayda qaşqayi qonaq Təbrizə gəlib.

Öz milli geyimlərində Təbrizə gələn qonaqlar şəhər əhalisinin rəğbəti ilə qarşılaşıblar.
 
GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar