SON XƏBƏRLƏR

Amerika Pezeşkianın çağırışına reaksiya verdi - İnanmayın

2025.08.06, 13:39
Amerika Pezeşkianın çağırışına reaksiya verdi - İnanmayın

Bir daha qəti xəbərdarlığımızı təkrar edirik. Amerikalılar, xüsusən də İran əsilli olanlar İrana səfər etməməlidir. Haqsız həbs riski çox ciddidir.

Gunaz.tv

Bu Amerika Prezidentin Girov Məsələləri üzrə Xüsusi Elçisinin Ofisinin sosial media hesabında yazılıb.

Bu xəbərdarlıq, İran Prezidenti Məsud Pezeşkian hökumətinin "xricdə yaşayan iranlılara dəstək" qanun layihəsinin qəbulu və Prezidentin iranlıları ölkəyə qayıtmağa çağırışına cavab olaraq edilib.

Qanun layihəsinə görə, hökumət altı ay ərzində xaricdə yaşayan bütün iranlıların hərtərəfli məlumat bazasını hazırlamalı və hər il parlamentin Milli Təhlükəsizlik Komissiyasına onların statusu haqqında hesabat təqdim etməlidir.

Qeyd edək ki, ötən həftə İran Prezidenti Məsud Pezeşkian, hökumət üzvləri ilə görüşündə  xaricdə yaşayan iranlıların ölkəyə qayıtması üçün şərait yaradılmasını istəyib.

Bir müddət əvvəl yayılan xəbərlərə görə isə, İran Xarici İşlər və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyində (Ettelaat) xaricdə yaşayan iranlı müxaliflərlə bağlı olan bölmələr yenidən fəallaşdırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar