SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma- 4 nəfər həlak oldu

2025.08.06, 16:16
İranda silahlı qarşıdurma- 4 nəfər həlak oldu

İranın Xorasan Rəzəvi əyalətinin Türbət-i Heydəriyyə rayonunda şəxsi münaqişə zəminində baş verən silahlı qarşıdurma nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Gunaz.tv

Bu haqda rayonun İnqilab Prokurorluu məlumat yayıb.

"Hadisə Türbət-i Heydəriyyə rayonunun Sioki kəndində püstə bağı üzərindəki mülkiyyət hüququ zəminində baş verib",- məlumatda bildirilib.

Qeyd olunub ki, silahlı qarşıdurma zamanı klaşnikof kimi avtomatlardan istifadə olunub.

Qatillərin hadisə yerindən qaçdığı və onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib.

Qeyd edək ki, adı çəkilən bölgədə türkmənlər yaşayır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar