SON XƏBƏRLƏR

İranda 150 jurnalist işdən qovuldub

2025.08.07, 10:26
İranda 150 jurnalist işdən qovuldub

12 günlük İran-İsrail qarşıdurmasından sonra ölkədə mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən çıxarılıb.

Gunaz.tv

Bunu “Sazəndegi” qəzetinin baş redaktoru və Tehran Jurnalistlər Birliyinin başçısı Əkbər Müntəcəbi deyib.

O, avqustun 6-da Məsud Pezeşkianın sosial məsələlər üzrə köməkçisi Əli Rəbiyinin də iştirak etdiyi konfransda hökumətin mediaya qarşı münasibətini tənqid edib:

"Bu hökumət media adamları ilə doludur, ancaq buna baxmayaraq, media nümayəndələrinə qarşı yaxşı münasibət göstərilməyib və bu, məyusedicidir".

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb. 

"Məsud Pezeşkianın prezident seçilməsindən sonra mediaya qarşı təzyiqlərin yeni mərhələsi başlayıb, azad informasiya axınının sıxışdırılması genişlənib və ifadə azadlığı göstəricilərində görünməmiş dərəcədə azalma qeydə alınıb",- hesabatda deyilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar