SON XƏBƏRLƏR

"İranda iqlim dəyişikliyiyinə görə İsrail, Türkiyə və Bakı günahkardır!"- Keyhan

2025.08.07, 12:00
"İranda iqlim dəyişikliyiyinə görə İsrail, Türkiyə və Bakı günahkardır!"- Keyhan

Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Bakıya doğru yönəldilir.

Gunaz.tv

Bunu Hüseyn Şəriətmədarinin baş redaktorluğu ilə çıxan Əli Xaməneinin ofisinin qəzeti olan "Kayhan" yazıb.

"Ona görə də ölkədə iqlim dəyişikliyinin baş verməsində düşmənlərin müdaxiləsinin olduğu ehtimalı var”,- qəzet əlavə edib.

Keyhan yazının davamında İranda iqlim dəyişikliyinin baş verməsi üçün İsrailin Türkiyə ilə əməkdaşlıq etdiyi də iddia oedib:

“Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb”.

Qeyd edək ki, "Keyhan"ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. 

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar