SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İrana xəbərdarlıq etdi

2025.08.09, 12:36
Beynəlxalq Əfv Təşkilatı İrana xəbərdarlıq etdi

İran hakimiyyəti 5 siyasi məhbusun edamı barədə planı dərhal dayandırmalıdır və bu insanların həyatını xilas etmək üçün təcili beynəlxalq tədbirlər vacibdir.

Gunaz.tv

Bu, Beynəlxalq Əfv Təşkilatının İranda edam cəzasına məhkum edilən 5 siyasi məhbusla bağlı yaydığı bəyanatında deyilib.

Beynəlxalq təşkilat məhbusların həbs zamanı döyüldüklərini, istintaq vaxtı işgəncə edildiklərini və mühakimə dövrü vəkillə təmin olunmadıqlarına diqqət çəkərək, onların özünü müdafiə hüququndan məhrum edilkdilərini bildirib.

İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, Əkbər (Şahrox) Danişvərkar, Babək Əlipur, Məhəmməd Təqəvi Səngdehi, Puriya Qubadi və Vəhid Bəniamerian avqustun 7-də əvvəlcədən xəbərdarlıq edilmədən Tehranın Fəşafuyə həbsxanasından Kərəcin Qızılhisar həbsxanasına köçürülüblər.

Bunun, adı çəkilən siyasi məhbusların edam edilməsi üçün baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, cari ildə İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 763-ə çatıb, onlardan 19-u qadındır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar