SON XƏBƏRLƏR

Araz Aman həbsxana həkimi tərəfindən təhqir edilib

2025.08.13, 13:23
Araz Aman həbsxana həkimi tərəfindən təhqir edilib

Evin Həbsxanasında həbsdə olan türk əsilli azərbaycanlı fəal Araz Aman şiddətli diz ağrılarından müalicə üçün müraciət etdiyi həbsxana həkimi tərəfindən təhqir edilib.

Gunaz.tv

Fəalın ailəsinə yaxın mənbənin bildirdiyinə görə, həbxana həkimi fəala qarşı alçaldıcı ifadələr işlədib.

"Əgər siz və sizin kimilər asılsanız onda ağrılarınız bitər." - deyə həkim Aram Aman bəyi aşağılayıb.

Xatırladaq ki, Araz Əman 2024-cü il fevralın 7-də məhkəmənin qərarı olmadan Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, bir il həbsdə saxlanıldıqdan sonra Tehran İnqilab Məhkəməsinin hakim Əbülqəsim Sələvatinin rəhbərlik etdiyi 15-ci şöbəsi onu “casusluq” ittihamı ilə 8 il, “milli təhlükəsizliyiə təhdid” ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar