SON XƏBƏRLƏR

Nəim Qasim dəstəyə görə İrana təşəkkür etdi

2025.08.16, 11:49
Nəim Qasim dəstəyə görə İrana təşəkkür etdi

Bizi pulla, silahla, siyasi mövqelərlə və şəhid qurbanları ilə dəstəklədiyi üçün İrana təşəkkür edirik.

Gunaz.tv

Bunu Lübnanın "Hizbullah" terror təşkilatının baş katibi Nəim Qasim deyib.

O, İran rəhbəri Əli Xaməneini yeni İmam Hüseyn adlandırıb:

"Əli Xamənei əsrimizin Hüseyni,  Amerika ilə İsrail isə Yeziddir, biz iki variantdan birini seçməliyik: Hüseynlə və ya Yezidlə",- o əlavə edib.

Nəim Qasimin yeni bəyanatı İran hökumtinin terror təşkilatına külli məbləğdə pul köndərməsi haqda xəbərlərin dərcindən dərhal sonraya təsadüf edir.

Qeyd edək ki, İsrail mediasının yazdığına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə gün əvvəl Lübnana etdiyi səfəri zamanı təyyarə ilə "Hizbullah"a 260 milyon dollar pul aparıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar