SON XƏBƏRLƏR

Azərbaycan İsraildən yeni müdafiə sistemləri alıb - SEPAH 

2025.08.18, 16:13
Azərbaycan İsraildən yeni müdafiə sistemləri alıb - SEPAH 

Təl-Əvivlə razılaşmadan sonra Bakı ən son raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinə çıxış əldə edib.

Gunaz.tv

Bu haqda ٍErmənistanın İctimai Radiosu SEPAH-ın teleqram kanalına istinadən məlumat yayıb.

"İsrail mənbələrinin məlumatına görə, Bakı Tel-Əvivlə müqavilə imzaladıqdan sonra müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirərək, İsrailin ən son raket və hava hücumundan müdafiə sistemlərinə çıxış əldə edib",- məlumatda iddia olunub.

SEPAH kanalı Azərbaycan Respublikasına qarşı hədələyici iddialarını təkrar edib:

“Sionistlər Əliyevi həqiqətən fəal şəkildə İranla yeni müharibəyə hazırlayırlar, yoxsa Bakı sadəcə onların oyununun qurbanına çevrilir? Bu dəfə hər iki ilanın başını əzmək bizim borcumuzdur”- deyə SEPAH-a bağlı kanal bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar