SON XƏBƏRLƏR

İsa Kələntəri: Urmu gölünün quruması azərbaycanlıların genetik fəlakətinə səbəb olacaq

2025.08.19, 12:39
İsa Kələntəri: Urmu gölünün quruması azərbaycanlıların genetik fəlakətinə səbəb olacaq

Urmu gölünün vəziyyəti fəlakətlidir. Hazırda gölün təxminən 200 kvadrat kilometr ərazisində cəmi 100 milyon kubmetr duzlu su qalıb, yəni suyun dərinliyi yarım metrdən də azdır.

Gunaz.tv

Bunu Urmu Gölünün Bərpası Qərargahının keçmiş katibi İsa Kəlantəri deyib.

"Urmu gölü demək olar ki, ölüb. Yaxın 10-20 gün ərzində bu yerdə qalan su buxarlanacaq və onun duz yatağı zəhərli toza çevriləcək. Bu da Azərbaycan xalqının sağlamlığı, ekoloji və hətta genetik fəlakətinə səbəb olacaq",- o ekoloji təhlükə barədə edib.

Kəlantəri Urmu gölünün qurumasının sadəcə təbiət hadisəsi və qlim dəyişiliyinin nəticəsi olmadığını bildirib:

"Urmiya gölü qurumadı, quruduldu".

O, ekoloji böhranın həlli üçün nə keçmişdəki, nədə indiki hökumətin ciddi iş görmədiyinə diqqət çəkib və Urmu gölünün bərpası üçün uzun müddətli layihə və proqramların olmadığını deyib.

Urmu Gölünün Bərpası Qərargahının keçmiş katibi məsələyə görə Prezident Məsud Pezeşkianada irad bildirib:

"Cənab Pezeşkian Urmu gölünü məsuliyyətsiz şəxslərə tapışırıb. Prezident köməkçisi ekoloji problemə diqqətsizdir, Qərbi Azərbaycan valisi isə başqa məqsədlərin ardınca düşüb və faktiki olaraq Urmu gölü yaddan çıxıb".

Kəlantəri Urmu gölünün məhvinə görə həm əvvəlki həm də hazırkı hökumətin cavabdehlik daşıdığını vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar