SON XƏBƏRLƏR

Böyük Britaniya Xaməneinin yaxın adamına sanksiyalar tətbiq etdi

2025.08.21, 16:00
Böyük Britaniya Xaməneinin yaxın adamına sanksiyalar tətbiq etdi

Böyük Britaniya hökuməti ABŞ və Avropa Birliyi ilə kordinasiyalı şəkildə, Əli Xaməneinin müşaviri, İranın Rusiyaya neft satışında əsas fiqur olan Əli Şamxaninin oğlu Hüseyn Şəmxani və ona bağlı şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu haqda Britaniya hökumətinin bu gün yaydığı bəyanatında bildirilib.

"Böyük Britaniya İslam Respublikasına qarşı sanksiyalar çərçivəsində və çirkli pulların yuyulması ilə mübarizə qanununa əsasən, sanksiyalar siyahısına beş yeni qurum əlavə edib",- məlumatda deyilir.

Şamxani ilə yanaşı, onun Dubayda yerləşən şirkətləri, o cümlədən Admiral Shipping Group və Milavos Group da yeni sanksiyaların hədəfinə çevrilib.

Baş ofisi Londonda yerləşən "Ocean Leonid Investments" şirkəti də sanksiya siyahısına salınıb. Bu investisiya fondu Hüseyn Şamxaninin iqtisadi imperiyasında mühüm rol oynayır.

Bu qurumlarla yanaşı, İslam Respublikasının beynəlxalq arenada maliyyə qollarından biri olan Neft-Kimya Ticarət Şirkəti də sanksiyalar siyahısına əlavə edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar