SON XƏBƏRLƏR

İranda müəmalı partlayışlar davam edir

2025.08.25, 12:13
İranda müəmalı partlayışlar davam edir

İranda müəmmalı partlayış və yanğınların davamında ötən gün İranın Mazandaran əyalətinin Babol şəhərinin sənaye şəhərciyində güclü partlayış və yanğın olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, hadisə qaz sayğaclarının istehsal edildiyi müəssisədə baş verib.

Partlayış və yanğın nəticəsində adı çəkilən müəssisə və onun yaxınlığında olan daha iki istehsalat müəssisəsinin 90% məhv olduğu bildrilib. 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində müəmmalı partlayış və yanğınlar baş verir.

Avqustun 23-də də Kərəc şəhərinin 3 yerində partlayış və yanğın olub.

İran hökuməti şəhərlərdə baş verən partlayışların çoxunu "qaz sızması" ilə əlaqələndirir.

Qeyri-rəsmi mənbələr hadisələrin təxribat olduğunu iddia edirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar