SON XƏBƏRLƏR

Urmu gölü ccanlanmayacaq!

2025.08.26, 17:06
Urmu gölü ccanlanmayacaq!

İyirmi ildən çox davam edən quraqlıqdan, kənd təsərrüfatı üçün həddindən artıq su çıxarılmasından, qanunsuz quyuların qazılmasından, bənd tikintisindən və yağıntıların azalmasından sonra Urmu gölü praktiki olaraq mövsümi şoranlığa və cansız əraziyə çevrilib.

Gunaz.tv

Bunu İranın "Etimad" qəzetinə müsahibəsində ekoloq Suruş Talibi İskəndəri deyib.

"Urmu gölü heç vaxt qırx il əvvəlki vəziyyətinə qayıtmayacaq və mövsümi göl kimi qəbul edilməlidir. Görülən bütün tədbirlər, o cümlədən Bərpa Komitəsinin planları sadəcə müvəqqəti xarakter daşıyır və gölü əvvəlki vəziyyətinə qaytara bilməz", - o əlavə edib.

Xatırladaq ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.

hazırda göldə 500 milyon kubmetr su mövcuddur. Ekoloqlar həmin suyun da yayın sonuna kimi tamamilə quruyacağını bildirirlər.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar