SON XƏBƏRLƏR

"Traxtur" iki oyundan 1 xal qazandı

2025.08.27, 11:33
"Traxtur" iki oyundan 1 xal qazandı

İran Premyer Liqasının ikinci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traxtur" komandası ilə "Rəfsəncan şəhərinin "Mis-i Rəfsəncan" komandası qarşılaşıb.

Gunaz.tv

Qarşılaşma avqustun 26-ı yerli vaxtla saat 19:00-da Rəfsəncan şəhərinin "Şühədayi sənət" stadionunda keçirilib.

Oyun Təbriz təmsilçisinin üstünlüyü ilə keçirilsədə oyun 0-0 hesabı ilə başa çatıb.

Bu nəticə ilə "Traxtur" 1 xalla turnir cəsvəlinin 12-ci, "Mis-i Rəfsəncan" isə eyni xalla 10-cu yerdə qərarlaşıb.

"Traxtur"un baş məşqçisi Draqan Skoçiç oyundan sonra keçirdiyi mətbuat konfransında rəqib komandanı tənqid edib:

"Bu görüşdə yalnız bir komanda, "Traxtur" komandası oynadı, qarşı tərəf isə yalnız vaxt öldürdü. Vaxt öldürmək futbol oynamaq demək deyil!".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar