SON XƏBƏRLƏR

İranda edam sayı artdı - BMT xəbərdarlqı etdi

2025.08.30, 09:49
İranda edam sayı artdı - BMT xəbərdarlqı etdi

Birləşmiş Millətlər Təşkilatı bu ilin əvvəlindən İranda 850-yə yaxın insanın edam edildiyini elan edərək, ölüm hökmünün dövlət repressiyası və hədə-qorxu aləti kimi sistematik şəkildə istifadə edilməsindən narahatlığını bildirib.

Gunaz.tv

Bu haqda Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisinin bəyanatında qeyd olunub.

Bu gün yayılan bəyanatda elan edilib ki, 2025-ci ilin birinci yarısında İranda edamların sayı əhəmiyyətli dərəcədə artıb.

"İran hakimiyyəti ilin əvvəlindən 2025-ci il avqustun 28-dək ən azı 841 nəfəri edam edib. Şəffaflığın olmadığını nəzərə alsaq, real rəqəmlər fərqli və daha çox ola bilər",- BMT-nin İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani Cenevrədə jurnalistlərə verdiyi açıqlamada bildirib.

O, təkcə iyul ayında İran hökumətinin ən azı 110 nəfəri edam etdiyini və bunu 2024-cü ilin eyni dövründəki edam sayından iki dəfə çox olduğuna diqqət çəkib.

“Edamların çoxluğu, qeyri-mütənasib olaraq etnik azlıqları və miqrantları hədəf alan ölüm cəzasının dövlət repressiyası və hədə-qorxu aləti kimi istifadəsinin sistematik modelini əks etdirir”,- Şəmdasani xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar