SON XƏBƏRLƏR

İranda 8 "İsrail casusu" həbs edildi

2025.08.30, 13:29
İranda 8 "İsrail casusu" həbs edildi

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xorasan Rəzəvi əyalətinin "İmam Rza" qərargahı əyalətdə İsrailin kəşfiyyat təşkilatı Mossad-a casusluq edən 8 nəfərin həbs edildiyini bildirib.

Gunaz.tv

Bu haqda SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi məlumat yayıb.

"Həbs edilən şəxslər kiberməkan vasitəsilə xüsusi təlimlər keçiblər və son hadisələr zamanı həssas mərkəzlərin koordinatlarını və hərbi xadimlərlə bağlı məlumatları Mossad kəşfiyyatçılarına göndəriblər”,- məlumatda iddia olunub.

İran İnqilabı Keşikçiləri Korpusu həmçinin bu şəxslərin hökumət və hərbi rəsmilərə qarşı əməliyyatlar planlaşdırdığını və Məşhəddə mühüm mərkəzləri məhv etmək istədiklərini bildirib:

İran İnqilabı Keşikçiləri Korpusu həmçinin bu şəxslərin hökumət və hərbi rəsmilərə qarşı əməliyyatlar planlaşdırdığını və Məşhəddə mühüm mərkəzləri məhv etmək istədiklərini, ancaq “hər hansı əməliyyat tədbiri görülməzdən əvvəl həbs edildiyini” iddia edib. 

Bəyanatda həmçinin saxlanılanlardan “atıcı qurğular, bombalar və partlayıcı tələləri hazırlamaq üçün xammal”ın götürüldüyü deyilib.

Onların kimliyi barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar