SON XƏBƏRLƏR

AEBA müfəttişləri Buşehr Atom Elektrik Stansiyasında yoxlama aparıblar 

2025.09.01, 10:00
AEBA müfəttişləri Buşehr Atom Elektrik Stansiyasında yoxlama aparıblar 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) iki müfəttişi Buşehr Atom Elektrik Stansiyasında (AES) yanacağın dəyişdirilməsi prosesinə nəzarət etdikdən sonra ölkəni tərk edib.

Gunaz.tv

Bu haqda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami məlumat verib. 

Onun sözlərinə görə, AEBA müfəttişlərinin səfəri Agentliyin dəvəti ilə və İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin icazəsi əsasında həyata keçirilib. 

O, əlavə edib ki, İranın Xarici İşlər Nazirliyi ilə AEBA arasında bir sıra görüşlər keçirilib və yaxın zamanda üçüncü görüşün də baş tutması planlaşdırılır. 

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar